“İnter”in daha bir rəqibi müəyyənləşdi
27.12.2013 - 11:33
Yanvarın 5-dən 25-dək Türkiyədə təlim-məşq toplanışı keçəcək “İnter”in daha bir rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, növbəti rəqib də Almaniya klubudur.
Bu, Almaniyanın 3-cü liqa klubu olan “Holştayn”dır. Hazırda çempionatda 17-ci pillədə olan Kil təmsilçisi yanvarın 4-də Proyensdorfda hazırlıqlara başlayacaq. Yanvarın 12-dən 19-na kimi Türkiyənin Bələk bölgəsində toplanış keçəcək “Holştayn” ayın 15-də “İnter”lə gücünü sınayacaq. Ancaq qarşılaşmanın başlanma tarixinə hələ aydınlıq gəlməyib.
Qeyd edək ki, “İnter” yanvarın 22-də bir başqa Almaniya klubu ilə də qarşılaşmaq istəyir. Bu, 2-ci Bundesliqa klubu olan “Arminiya”dır.

0
0