Eysebionun millimiz haqda fikirləri ən yaxşı sitat oldu
27.12.2013 - 12:16
Portuqaliya futbolunun canlı əfsanəsi Eysebionun Azərbaycan yığmasına “ilişdiyi” açıqlamasında işlətdiyi fikirləri 2013-cü ilin ən yaxşı sitatları siyahısına düşüb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “The Independent” nəşri həmyerlisi Kriştianu Ronaldo ilə müqayisə olunmasından narazı qalan Eysebionun sözlərini tutarlı sayıb.
Yığmada 47 qol vuran Kriştianu Ronaldonun həm millidə, həm də “Real”da komanda yoldaşı olan Pepe Portuqaliya futbolunun Eysebio ilə deyil, Ronaldo ilə assosiasiya olunduğunu bəyan etdikdən sonra əfsanəvi oyunçu buna sərt reaksiya vermişdi.
Eysebio fikrini əsaslandırarkən, “Mən Portuqaliya millisində 60 matçda forma geyinmişəm və 41 qol vurmuşam. Kriştianu isə artıq 100-dən çox oyuna çıxıb. Digər tərəfdən, ondan fərqli, Lixtenşteyn və Azərbaycan yığması kimi komandalara qarşı oynamamışam. Məni Ronaldo ilə müqayisə edəndə əhvalım korlanır” - söyləyərək, Ronaldo ilə eyni sayda oyun keçirmədiyinə və onun kimi Lixtenşteyn və Azərbaycan yığmalarına qarşı oynamadığına diqqət çəkmişdi.

0
0