“Simurq”da qala da bilərəm, qalmaya da” - MÜSAHİBƏ
27.12.2013 - 13:57
“Simurq”la müqaviləsi başa çatmış serbiyalı futbolçu Nenad Kisonun apasport.az saytına müsahibəsi
- “Simurq”dakı 1 illik çıxışınızı necə dəyərləndirərdiniz?
- “Simurq”dakı ilk mövsümümü yaxşı adlandırardım. Bu mövsüm isə müəyyən səbəblərdən bir qədər zəif təsir bağışladıq. “Simurq” mənə uyğun komandadır. Əla baş məşqçimiz var. Çiko (“Simurq”un baş məşqçisi Georgi Çixradzeni nəzərdə tutur – S.T.) çox yaxşı insan, çox yaxşı çalışdırıcıdır. Burda keçirdiyim 1 il mənim üçün unudulmaz keçdi.
- “Simurq”la müqavilənizin müddəti başa çatıb. Komanda ilə yeni müqavilə bağlayacaqsınız?
- Hazırkı durumda yox.
- Niyə? Axı, sizin üçün “Simurq” uyğun komanda idi...
- Hazırda klubla danışıqlar aparıram. Ola bilər ki, ölkəmə qayıdım. “Simurq”da qala da bilərəm, qalmaya da.
- Komandadan sizinlə yeni müqavilə bağlamayacaqlarını bildirirlər. Bundan xəbərdarsınız?
- Problem yoxdur. Mənim onsuz da təkliflərim var. Ona görə də rahatam.
- Yəqin ki, təklifləriniz ölkənizdən olar.
- Ölkəmdən də var. Ancaq Serbiyada futbolçuya çox az pul verirlər. Ona görə də başqa ölkəyə getməyim mümkündür. Hansı ölkədə oynayacağımı 10-15 günə sizə deyəcəyəm.
- Əvvəl İsrail və Macarıstanda legioner karyerası yaşamısınız. Təklifləriniz bəlkə bu ölkələrdəndir?
- “Debretsen”dəki uğursuz karyeramdan sonra Macarıstana qayıtmaq istəmərəm. Açığı, ordan təklif almamışam, həmçinin Azərbaycan klublarından. Ancaq yenidən İsraildə oynamaq variantım var.
- Cari mövsüm komandada 17 oyun keçirmisiniz. Necə düşünürsünüz, “Simurq”un sizi saxlamaq istəməməyinin səbəbi nədir?
- Bunu mən də bilmirəm. Şəxsi fikrim belədir ki, “Simurq”da çox yaxşı çıxış etmişəm. Bu suala cavabı klubdan daha yaxşı bilərlər.
- Nə oldusa, AZAL-la sonuncu görüşünüzdə oldu. Bu matçda gözlənilmədən ehtiyatda qaldınız. Səbəb nədir?
- Bu, baş məşqçinin qərarı idi. O, ehtiyatda qalmağımı istəmişdi.
- “Rəvan”la matçda Salif Ballonu əvəzlədiniz. Bəlkə düzünü deyəsiniz, baş məşqçi və ya komanda yoldaşlarınızla aranızda nə baş verib?
- (uzun fikirləşir) Bu, təbii haldır. Mən ehtiyatda qaldığım oyunda komanda AZAL üzərində 3:0 hesablı qələbə qazandı. Belə bir deyim var: qalib heyəti dəyişməzlər. Ona görə də “Rəvan”la görüşdə də ehtiyatda qaldım. Yoxsa baş məşqçi ilə aramda hər hansı bir insident olmayıb.
- Hazırda harada istirahət edirsiniz?
- Serbiyada.
- Sloveniyanın paytaxtı Lyublyanada doğulmusunuz. Ancaq bosniyalısınız. Bəs niyə bu 2 ölkədə yox, Serbiyada tətilinizi keçirirsiniz?
- Atam bosniyalıdır. Bu üzdən Bosniya və Herseqovina vətəndaşlığım da var. Anam isə serbdir. Biz milliyyətcə serbik. Ona görə də tarixi vətənimiz sayılan Serbiyada istirahət edirəm. Biz ailəlikcə burada yaşayırıq. Unutmayın ki, mən “Partizan”ın yetirməsiyəm (gülür).
- Bayramı necə qeyd edəcəksiniz?
- Biz pravoslav olduğumuz üçün bizdə milad bayramı yanvarın 7-sidir. Həmin vaxta hələ çox var. Ona kimi bir şey fikirləşərik.
- Dünya çempionatında hansı komandaya azarkeşlik edəcəksiniz?
- Təbii ki, Bosniya və Herseqovinaya. Onlar ilk dəfə mundiala vəsiqə qazanıblar.
- Bəs Serbiya mundialda iştirak edib, bosniyalılarla qarşılaşmalı olsaydı, hansı komandanın tərəfini tutardınız?
- Yenə də bosniyalılara. Milliyyətcə serb olsam da, Bosniya və Herseqovina mənim üçün doğma ölkədir. U-21 millisində bu ölkəni təmsil etmişəm.
Səbuhi TOFİQOĞLU

0
0