Berti Foqts: Onun meydanda necə can qoyduğunu hamı görür
27.12.2013 - 14:55
“Kriştianu Ronaldo ən yaxşı futbolçudur. Onun necə həlledici qollar vurduğunu, meydanda necə can qoyduğunu hamı görür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis dünyanın ən yaxşı futbolçusu adına portuqaliyalı Kriştianu Ronaldonu layiq görür. Foqts hücumçunun keyfiyyətlərini bəyəndiyini açıqlayıb: “Kriştianunu saxlamaq üçün 1 müdafiəçi yetərli deyil. Ronaldo rəqiblə təkbətək mübarizələrdən qalib ayrılır. Portuqaliyalı Aleks Ferqyusonun rəhbərliyi altında çıxış etdiyi “Mançester Yunayted”i tərk etdikdən sonra da səviyyəsini artıra bildi. Onun texnikası və güclü zərbələri var. Bütün bunlar da məşqlərin bəhrəsidir. Mənim üçün Ronaldo 1 nömrədir”.
Foqts dünyanın ən yaxşı məşqçisi üçün də seçimini açıqlayıb: “Mənim üçün məşqçinin ən əsas amil müstəqil olması və nəticələridir. Başa çatan ilin ən yaxşı məşqçisi də Yupp Haynkesdir”.
Qeyd edək ki, Foqts “Qızıl top” mükafatının səsverməsində də İspaniya “Real”ında çıxış edən Ronaldonu 1-ci yerə layiq görüb.

0
0