Marius Pena: “Otselul”a qayıdacam...
27.12.2013 - 15:07
“Özümü “Bakı”da yaxşı hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın hücumçusu Marius Pena deyib.
Hazırda ölkəsi Rumıniyanın Qalats şəhərində istirahətdə olan Marius Pena növbəti dəfə açıqlama verib. O, 4 il “Otselul”da çıxış etdiyi üçün bu şəhəri 2-ci evi saydığını bildirib. 28 yaşlı hücumçunun sözlərinə görə, “Otselul”un bir neçə il əvvəlki uğurunun gizli səbəbi futbolçuların burda bir ailə şəklində yaşaması olub.
“Bakı”nın baş məşqçisi Milinko Pantiçin şans vermədiyi və göndəriləcəyi gözlənilən Pena bununla belə, Rumıniyaya qayıtmaq istəmədiyini növbəti dəfə dilə gətirib: “Orda şərait yaxşıdır və çempionatın səviyyəsi deyildiyindən də çox yüksəkdir. Burda çoxlu sayda əcnəbi futbolçular çıxış edir ki, bu da çempionatın səviyyəsini qaldırır. Mən “Otselul”a qayıdacam, ancaq indi yox. Ola bilər, gün gələcək ki, mən yenidən doğma komandamın qələbə ruhunun formalaşmasında iştirak edəcəyəm”.
Qeyd edək ki, Pena “Otselul”un 2010/11 mövsümündə yeganə çempionluğunu və 2011-ci ildə Superkuboku qazanmasında iştirak edib. 2008-2012-ci illər ərzində bu klubda bütün turnirlərdə 136 oyun keçirib, 27 dəfə fərqlənən oyunçu Çempionlar Liqasında klubunun ilk qolunu vuran futbolçusu olub.

0
0