20 illik fərq: Biri “İnter”də, biri “Xəzər Lənkəran”da
27.12.2013 - 15:22
20 illik fərq: Biri “İnter”də, biri “Xəzər Lənkəran”da
Topaz Premyer Liqasının ilk yarısında meydana çıxan ən gənc və ən yaşlı futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu 2 futbolçunu 20 il ayırır.

Ən yaşlı oyunçu “İnter”in gürcü legioneri Aleksandr İaşvilidir. 2 ay əvvəl 36 yaşını qeydə edən futbolçu bundan 58 gün sonra, yəni 36 yaş 58 günlüyündə meydana çıxıb. Premyer Liqanın ən qocası “Xəzər Lənkəran”ın gənc üzvü Elnur Cəfərovdan xeyli böyükdür.

Cari mövsüm meydana yalnız bir qarşılaşmada çıxan Elnurun hələ 17 yaşı olmayıb. Gənc futbolçu həmin matç zamanı 16 yaş 213 günlük olub.