“Sumqayıt”dan ikinci müqavilə - FOTO
27.12.2013 - 15:55
"Sumqayıt" daha bir futbolçunun keçidini həll edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, dünən Ramil Mansurovu heyətinə qatan “gənclik şəhəri” təmsilçisi “Qəbələ"də çıxış edən Tərzin Cahangirovla müqavilə imzalayıb.
21 yaşlı futbolçu icarə əsasında çıxış edəcək. Sumqayıt futbol məktəbinin yetirməsi olan Tərzin yeni klubunda 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Sumqayıt” “Qəbələ”nin daha bir futbolçusu ilə anlaşmağa yaxındır. Söhbət əyalət klubu ilə yollarını ayıran Şəhriyar Xəlilovdan gedir. Danışıqlar müsbət nəticələnərsə, 22 yaşlı futbolçu sumqayıtlıların uğurları üçün çalışacaq.

0
0