“Rəvan” darmadağın olmaqda ixtisaslaşıb
27.12.2013 - 16:11
 “Rəvan” darmadağın olmaqda ixtisaslaşıb
Topaz Premyer Liqasının ilk yarısında 14 böyük hesablı nəticə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər 1 dəfə 5, 2 dəfə 4, 11 dəfə isə 3 top fərqinin şahidi olub.

Ən böyük hesablı qələbənin müəllifi olan “Bakı” paytaxt derbisində “Rəvan”ı darmadağın edib – 5:1. Sonuncular “İnter”lə görüşdə də 5 qol buraxıblar – 1:5. “Qarabağ” isə digər autsayder “Sumqayıt”ı eyni hesabla məğlub edib. Digər 11 böyük hesabdan 9-u 3:0, 2-si 4:1 hesabı ilə başa çatıb.

Hamıdan çox belə 4 belə qələbə qazanan komanda adına iki şərik var. Bunlar “Bakı” və “Qarabağ”dır. “Simurq”la “Neftçi” hərəyə 2, “İnter”lə “Simurq” isə 1 dəfə darmadağına sevinib.

“Rəvan” isə darmadağın olmaqda ixtisaslaşıb. Paytaxt təmsilçisi 4 dəfə böyük hesabla uduzub. “Xəzər Lənkəran” 3 “Sumqayıt”la AZAL hərəyə 2 dəfə belə üzüntü yaşayıb. “Neftçi”, “Bakı” və “Simurq” klubları da hərəyə 1 qarşılaşmada azarkeşlərinə böyük üzüntü yaşadıb.