Legionerlər 15, yerli futbolçular 4
27.12.2013 - 17:27
 Legionerlər 15, yerli futbolçular 4
Topaz Premyer Liqasının ilk yarısında 19 dubl qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu göstəricidə rekord Reynaldo Silvaya məxsusdur.

“Qarabağ”ın braziliyalı legioneri 3 görüşdə rəqiblərinin qapısına 2 qol vurmağı bacarıb. Onu hərəyə 2 dubl müəllifi olan daha 2 əcnəbi izləyir. Litvalı Mindauqas Kalonas (“Bakı”) və kamerunlu Mbilla Etame (“Xəzər Lənkəran”) Reynaldoya çatmaq üçün daha bir dəfə fərqlənməlidir. Digər 12 futbolçu isə hərəyə 1 dubl müəllifi olub.

“Bakı” ilə “Qarabağ”ın üzvləri hərəyə 5 dubl rəsmiləşdirib. “Xəzər Lənkəran” 3, “Qəbələ” 2 dəfə oyunçusunun dubluna sevinib. “Neftçi”, “İnter”, “Simurq” və AZAL-ın hərəsi 1 dəfə belə halal üzləşibsə, autsayderlər “Sumqayıt”la “Rəvan”ın heyətində 1 oyuna 2 qol vuran olmayıb.

Ümumiyyətlə isə 19 dubldan 15-i legionerlərin, 4-ü yerlilərin hesabındadır.