“Neftçi”nin sabiq baş məşqçisi işsizliyə son qoydu
27.12.2013 - 18:05
“Neftçi”nin sabiq baş məşqçisi işsizliyə son qoydu
“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela karyerasını bərpa edib. Apasport.az saytının məlumatına görə, 60 yaşlı mütəxəssis 2 ilə yaxın işsizliyinə son qoyub.

Vaxtilə “Zenit”də ad çıxarmış çexiyalı mütəxəssis bu dəfə vətənində çalışacaq. O, aşağı dəstə təmsilçisi “Qraffin Vlaşim”lə anlaşıb. Bu komanda hazırda 16 klub arasında 12-dir.

Qeyd edək ki, 2007-ci ilin son 4 ayında “Neftçi”yə rəhbərlik edən Petrjelanın son iş yeri “Zemplin” (Slovakiya) olmuşdu.