Kurban Berdıyev istefasından danışdı
27.12.2013 - 18:30
Kurban Berdıyev istefasından danışdı
“İstefaya göndərilməyimi televizordan eşitdim. Bu üzdən mənim də məlumatım elə sizinki qədərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Rubin” klubunun sabiq baş məşqçisi Kurban Berdıyev deyib.

Bu gün Kazanda dekabrın 20-də istefaya göndərilən mütəxəssisə dəstək xarakterli aksiya təşkil olunub. Komandanı 2 dəfə Rusiya çempionu edən çalışdırıcı ilə görüşə 20 fanat gəlib.

Berdıyev azarkeşləri ilə görüşündə onlarla vidalaşmaq istəyini açıqlayıb: “Bildiklərim bundan nə artıq, nə də əskikdir. Hansısa qərar qəbul olunarsa, sizə xəbər verəcəm. Mən isə hamı ilə vidalaşmaq istəyirəm. Bu görüş haqda da təsadüfən xəbər tutdum”.

Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun da çıxış etdiyi “Rubin” cari mövsümdə uğursuz çıxış edir. Komanda Avropa Liqasında mərhələ adlasa da, çempionatda 11-ci pillədə qərarlaşıb.