Arda Turan: Ronaldo divar kimidi
27.12.2013 - 20:30
Arda Turan: Ronaldo divar kimidi
“Atletiko”nun türkiyəli yarımmüdafiəçisi Arda Turan “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “TV8” televiziyasına qonaq olan Arda portuqaliyalı futbolçunun divar kimi möhkəm olduğunu bildirib.

“Bir gün “Real”la matçda fikirləşdim ki, Ronaldoya qarşı kobud hərəkət edim özünə gəlsin. Əlimi ona tərəf uzatdım, gördüm ki, divar kimidir. Ronaldo həqiqətən də çox özəl futbolçudur”.

26 yaşlı yarımmüdafiəçi sabiq klubu “Qalatasaray”ı da unuda bilmədiyini deyib: “TT Arena”ya gedəndə kövrəlirəm. Getmək istəmirəm, amma özümü saxlaya bilmirəm. “Qalatasaray”ın Çempionlar Liqası matçlarını səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Turan 2011-ci ildə “Qalatasaray”dan Madrid klubuna transfer olunub.