PSJ-nin Messi planı
27.12.2013 - 22:58
PSJ-nin Messi planı
PSJ “Barselona”nın ulduz futbolçusu Lienol Messini heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə Fransanın “Le Parisien” qəzeti xəbər yayıb.

Mətbu orqanın iddiasına görə Paris klubu hətta argentinalı hücumçu üçün 250 milyon avronu belə ödəməyə hazırdır. Digər tərəfdən isə Messinin İspaniyadakı vergi qaçırmaq məsələləri ilə bağlı başı dərddə olduğu üçün bu keçidə müsbət reaksiya verəcəyi deyilir.

Qeyd edək ki, Lionel Messi “Barselona” ilə 2018-ci ilədək müqavilə bağlayıb. Onu almaq istəyən klub isə 250 milyon avro ödəməlidir.