“Atletiko” rəsmisi Dieqo Kosta məsələsinə aydınlıq gətirdi
28.12.2013 - 01:49
“Atletiko”nun idman direktoru Xose Luis Kaminero futbolçuları Dieqo Kostanın klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Madrid təmsilçisinin rəsmisi 25 yaşlı hücumçunun klubda qalmaq istədiyini deyib:
“Dieqo Kosta "Atletiko"dan getmək barədə düşünmür. O, yaxın vaxtda bizimlə yeni müqavilə imzaladı və bununla da qalmaq istəyini təsdiqlədi”.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Kosta 2010-cu ildə “Valyadolid”dən “Atletiko”ya keçib. O, cari ilin avqust ayında klubu ilə müqaviləni 2018-ci ilə qədər uzadıb. Mətbuatda yayılan xəbərlərə görə İngiltərə nəhəngləri “Arsenal” və “Çelsi” təcrübəli forvardla maraqlanır.

0
0