İngilis klubu şotland baş məşqçini qovdu
28.12.2013 - 02:48
İngilis klubu şotland baş məşqçini qovdu
İngiltərə təmsilçisi “Kardiff” baş məşqçisi Malki Makkai ilə yolları ayırıb. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rəhbərlik alınan uğursuz nəticələrə görə şotlandiyalı çalıçdırıcının vəzifəsinə son verib. Klubdan verilən məlumata görə yaxın günlərdə yeni baş məşqçinin adına aydınlıq gətiriləcək.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2011-si ildən ingilis klubunu çalışdırırdı. Komanda isə hazırda Premyer Liqada 17 xalla turnir cədvəlinin 16-cı sırasında qərarlaşır. Onlar son oyunda “Soutqempton”a 3:0 hesabı ilə məğlub olub.