“Mançester Yunayted”in hədəfindəki 48 milyonluq alman futbolçu
28.12.2013 - 03:55
Dortmund “Borussiya”sının futbolçusu Marko Roys karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 24 yaşlı yarımmüdafiəçiyə elçi düşüb.
Belə ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Devid Moyes bu transferin reallaşması ilə yaxından maraqlanır. Dortmund klubu isə Roys üçün 48 milyon avro tələb edir. Lakin Mançester təmsilçisi bu futbolçunu qış transfer pəncərəsində heyətinə qatarsa, Çempionlar Liqası matçlarında onun gücündən istifadə edə bilməyəcək. Çünki o, cari mövsüm “Borussiya” forması ilə ÇL-də çıxış edib. Bu səbəbdən də, transferin yanvarda deyil, mövsüm sonu həll olunması daha real görünür.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Roys 2012-ci ildə Münhenqladbax “Borussiya”sından Dortmund klubuna keçib.

0
0