“Qalatasaray” Danini razı sala bilmir
28.12.2013 - 05:16
“Qalatasaray” “Karabükspor”un müdafiəçisi İshak Doğanı heyətinə qatmaq istəyir. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, transferdə yerli gənc futbolçulara üstünlük verən “sarı-qırmızılar” qış fasiləsində bu keçidi həll etmək istəyir.
Məlumatlara görə İstanbul təmsilçisi İshakı komandada özünü doğrultmayan kamerunlu müdafiəçisi Dani Nounkeu ilə dəyişmək istəyir. Ancaq Dani rəhbərliyin bu istəyi ilə razılaşmaq istəmir. “Cim-Bom” isə 27 yaşlı müdafiəçini razı Salı, bu keçidi yanvarda həll etmək istəyir.
Qeyd edək ki, İshak 2012-ci ildə “Ankaragücü”ndən “Karabükspor”a transfer olunub.

0
0