“Çelsi”dən İquain üçün ciddi təklif
28.12.2013 - 06:30
“Çelsi”dən İquain üçün ciddi təklif
“Çelsi” “Napoli”nin futbolçusu Qonzalo İquaini heyətinə qatmaq istəyir. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, London klubu argentinalı hücumçu üçün ciddi təklif göndərib.

Məlumatlara görə İngiltərə təmsilçisi İquain üçün 50 milyon avro və braziliyalı futbolçusu David Luisi təklif edib. Amma “Napoli”nin baş məşqçisi Rafael Benites 25 yaşlı forvardı göndərmək istəmir.

Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm 34.5 milyon avro qarşılığında Madrid “Real”ından “Napoli”yə transfer olunub.