Pelleqrini: Co Hart İngiltərənin ən yaxşı qapıçısıdı
28.12.2013 - 07:50
“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini qapıçısı Co Hartla bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “BBC”yə danışan çilili mütəxəssis yetirməsinə təriflər yağdırıb.
Pelleqrini 26 yaşlı qolkiperin İngiltərənin ən yaxşısı olduğunu deyib: “Hartla birlikdə olduğuma üçün çox şadam. Son 1 ayda, o, çox yaxşı oynayır. Hesab edirəm ki, fasilə ona çox kömək elədi. O, çox çalışaraq əvvəlki formasını yığa bilib. O, İngiltərənin ən yaxşı qapıçısıdır”.
Qeyd edək ki, İngiltərə millisini də üzvü olan Hart 2006-cı ildən “şəhərlilər”in formasını geyir.

0
0