“İnter”ə lazım olmayan futbolçu “Lokomotiv”ə keçir
28.12.2013 - 09:26
Bakı “İnter”indən ayrılan Daniel Genov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı bolqarıstanlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
Belə ki, vaxtilə Bolqarıstanın gənclər yığmasında çıxış etmiş Genov Sofiya “Lokomotiv”inə keçməyə yaxındır. “Dəmiryolçular”ın baş məşqçi postuna yeni təyin olunan Danilo Donçiç ilk qış transferi kimi “İnter”in sabiq üzvünü görür. Hazırda Bolqarıstan çempionatında 14 komanda arasında 10-cu olan “Lokomotiv” Genovun keçidini yeni ilin ilk günlərində rəsmiləşdirmək niyyətindədir.
Qeyd edək ki, 2010-cu ildə “İnter”ə transfer olunan bolqarıstanlı bir müddət icarə əsasında “Simurq”da da oynayıb.

0
0