“Dördlər finalı”nın püşkatmasının vaxtı dəqiqləşdi
28.12.2013 - 09:50
Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın püşkatmasının nə vaxt olacağı müəyyənləşib. Apasport.az xəbər verir ki, həlledici görüşlərin püşkü yanvarda atılacaq.
Bundan başqa, görüşlərin bir daha aprelin 25-i və 27-də keçiriləcəyi öz təsdiqini tapıb. Belə ki, yarımfinal oyunları aprelin 25-də baş tutacaq. 2 gün sonra isə 3-cü yer uğrunda və final matçı keçiriləcək.
Qeyd edək ki, bundan öncə “Dördlər finalı”nın iştirakçısı olacaq Moskva “Dinamo”sunun rəsmi saytı bu xəbəri yaysa da, AFFA bunu təkzib etmiş və oyunların vaxtına aydınlıq gəlmədiyini bildirmişdi.

0
0