Topaz Premyer Liqası: Autsayderlərin zəif yeri
28.12.2013 - 11:04
Topaz Premyer Liqasının ilk yarısında milliləşənlər də nəzərə alınmaqla, 122 legioner çıxış edib. Apasport.az saytının məlumatına görə, ən azı 1 dəqiqə meydanda olan əcnəbilərin sayında “İnter” hamıdan öndədir.
Heyətində milliləşən legionerlər də olan paytaxt təmsilçisi 18 turda 17 gəlmə futbolçuya güvənib. “Qəbələ” ilə “Xəzər Lənkəran” əcnəbi sayında ilk “üçlük”də qərarlaşıb.
Ən az legioner isə autsayderlərdədir. “Rəvan”la “Sumqayıt” heyətində daha az gəlmə futbolçu olmasının əziyyətini çempionatda da çəkir. Yerli oyunçularla çox uzağa gedə bilməyən bu cütlük turnir cədvəlinin son pillələrində sürünür.
Premyer Liqa klublarında legioner sayı
1. “İnter” – 17
2. “Qəbələ” – 15
3. “Xəzər Lənkəran” - 14
4. “Bakı” – 13
5. “Qarabağ” – 12
6-8. AZAL – 11
6-8. “Neftçi” – 11
6-8. “Simurq” - 11
9. “Rəvan” – 10
10. “Sumqayıt” – 8

0
0