Azərbaycan yığmasında 6 legioner
28.12.2013 - 12:05
Azərbaycan yığmasında 6 legioner
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışının vaxtı və heyət açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamız 2014-cü il yanvarın 6-dan 13-dək hazırlıq keçəcək. Toplanış Bakıda keçiriləcək.
Yığmanın düşərgəsinə 20 futbolçu çağırılıb. Onlardan 6-sı legionerdir: Günay İsmayılova (“Fidan”), Manə Mollayeva, Leyli Qurbanova (hər ikisi “Zaqatala”), Aydan Şərifova, Nuridə Yahyazadə (hər ikisi “Binə”), Vüsalə Hacıyeva (“Tovuz”), Aytac Mustafazadə (“İmişli”), Curto Maila Grazia ((“Schott Mains”, Almaniya), Zehra İnceoğlu (“SC Kickers”, Almaniya), Tenekeci Gizem, Uygun Dilge (hər ikisi “FFC.Frankfurt”, Almaniya), Kanpara Cagla Miray (“Lubars”, Almaniya), Bakarnadze Kristina ((“İmereci”, Gürcüstan), Nərmin Rəhmanova, Roza Quliyeva, Lalə Məmmədova, Firəngiz Teymurova, Ceylan Əmirəliyeva, Sanay Fətullayeva, Nərmin İsmayılova (hamısı UGİM-9).
Mənbə: affa.az