Aleksandr Əliyev “Qəbələ”yə gəlir?
28.12.2013 - 15:21
“Krım klubuna keçəcəyimlə bağlı söylənilənlər boş şeydir”. Apasport.az saytının xəbərinə görə, bunu Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev deyib.
Bu ili “Dinamo”nun əvəzedici heyətində keçirən soydaşımızın adı “Sevastopol”la yanaşı hallanır. Əliyev Ukrayna mətbuatına açıqlamasında Kiyev təmsilçisini tərk edəcəyini, lakin Krım klubuna keçməyəcəyini açıqlayıb: “Kiyev “Dinamo”sunu tərk edirəm. Yeni komanda axtarışı isə çox yaxşı gedir. Karyeramı hansı ölkədə, hansı klubda davam etdirəcəyimi hələlik deməyəcəyəm”.
Əslən azərbaycanlı olan Saşa hazırda “Qəbələ”nin çalışdıran Yuri Syomin rəhbərliyi altında “Lokomotiv” və “Dinamo”da top qovub. Onun rusiyalı mütəxəssisin sevimli futbolçusu olduğunu hər kəs bilir. Bu baxımdan Əliyevin adını çəkmədiyi klubun məhz “Qəbələ” olması istisna deyil.
Qeyd edək ki, Aleksandr Əliyev ötən mövsümə “Dnepr”də başlasa da, dövrələrarası fasilədə “Dinamo”ya dönüb. Lakin rəhbərlik onu əvəzedici komandaya göndərməyi lazım bilib.

0
0