İbrahim Üzülməz “Xəzər Lənkəran”a gəlmək şansından danışdı
28.12.2013 - 16:10
“Xəzər Lənkəran” haqda eşitmişəm. Bu komandada əvvəllər türkiyəli futbolçuların oynadığını da bilirəm”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”a köməkçi məşqçi kimi gələcəyi gözlənilən İbrahim Üzülməz deyib.
11 il “Beşiktaş”ın formasını geyinmiş İbrahim Üzülməz 2011-ci il fevralın 13-dən klubdan ayrılaraq, futbolçu karyerasını başa vurub. Üzülməz məşqçilik karyerasına isə ötən mövsüm “Çaykur Rizəspor”da Mustafa Dənizlinin köməkçisi olmaqla başlayıb. Türkiyə yığmasının sabiq mərkəz müdafiəçisinin “Xəzər Lənkəran”da da eyni funksiyanı yerinə yetirəcəyi gözlənilir.
Əməkdaşımızla söhbətində Üzülməz bildirib ki, bununla bağlı yalnız dekabrın 30-dan sonra danışacaq: “Mustafa Dənizlinin Azərbaycanda çalışacağını eşidəndə çox sevindim. Ancaq mənim də qardaş ölkədə çalışacağım hələ dəqiqləşməyib. Bununla bağlı Dənizli ilə bazar ertəsi danışığımız olacaq. Bundan sonra sizə dəqiq bir söz deyə bilərəm”.

0
0