“Milan” Balotellini satır
28.12.2013 - 17:25
“Milan” Balotellini satır
İtaliyanın “Milan” klubu hücumçusu Mario Balotelli ilə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, bu barədə komandanın prezidenti Silvio Berluskoni açıqlama verib.

“Qərar vermək üçün yetərincə vaxtım vardı. Mario rəsmən bazara çıxardılıb. “Milan” onu yanvarın sonunadək satmalıdır” – deyə, Berluskoni bildirib.

Qeyd edək ki, bu ilin yanvarında “Mançester Siti”dən “Milan”a transfer olunan Mario Balotelli milanlıların heyətində keçirdiyi 25 oyunda 18 qol vurub.