“Rəvan”dan gedəcək daha bir futbolçunun adı məlumdur
28.12.2013 - 17:53
“Rəvan”dan gedəcək daha bir futbolçunun adı məlumdur
“Rəvan”ın yollarını ayıracağı daha bir futbolçunun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, bu, Vüsal Qarayevdir.

İstər Vladislav Qədirov, istərsə də Şahin Diniyevin vaxtında oynamaq şansı qazanmayan Qarayevlə, böyük ehtimalla, yollar ayrılacaq. Ötən ilin qışında Bəhmən Həsənovun vaxtında “Rəvan”a cəlb edilən 27 yaşlı hücumameylli yarımmüdafiəçi gününü daha çox əvəzedici komandada oynamaqla keçirirdi.

Qeyd edək ki, “Rəvan”dan əvvəl “Turan”, “Qəbələ”, “Muğan” və AZAL klublarının şərəfini qorumuş Vüsal Qarayev cari mövsüm cəmi 3 oyuna çıxıb və meydanda 22 dəqiqə olub.