Ndukanın komandası darmadağın oldu
28.12.2013 - 18:19
Türkiyə çempionatının I liqasında XIX tura start verilib. Apapsort.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Usim Nduka və U-21 yığmamızın qapıçısı Andrey Popoviçin şərəfini qoruduğu “Tavşanlı Linyitspor” 2013-cü ildə son matçını keçirib.
Çempionatın autsayderlərindən olan Tavşanlı təmsilçisi öz meydanında “Trabzon 1461” klubu ilə qarşılaşıb. Qonaqlar bu qarşılaşmada 3 cavabsız qolla qalib gəlib. Andreyin “18-liy”ə daxil edilmədiyi qarşılaşmada Usim 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu darmadağından sonra I dövrəni 12 xalla başa vuran “Tavşanlı Linyitspor” 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.

0
0