“Bu mükafata layiq olduğumu düşünürəm”
28.12.2013 - 18:48
 “Bu mükafata layiq olduğumu düşünürəm”
İspaniyanın “Real” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo 2013-cü ilin ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, pireneyli futbolçu “Globe Soccer”in versiyasına əsasən planetin ən güclüsüdür.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mükafatlandırmaya qatılan Ronaldo əsas hədəfinin FİFA tərəfindən verilən “Qızıl top” olduğunu bildirib: “Hər il “Qızıl top” mükafatını qazanmaq istəyirəm. Mən ötən il də, ondan əvvəl də, həmişə bu mükafata layiq olduğumu düşünürəm”.

Qeyd edək ki, “Qızıl top”a 3 iddiaçı arasında olan Ronaldonun rəqibləri Frank Riberi ilə Lionel Messidir.