Yunisoğlu və Kərimi ehtiyatda qaldı, komandaları xal itirdi
29.12.2013 - 09:30
Milli komandamızın sabiq müdafiəçisi Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor” ilin son oyununda da qələbə qazana bilməyib. Apasport.az saytının məlumatına görə, onun komandası doğma azarkeşləri önündə “Boluspor”la bacarmayıb.
Belə ki, “Dənizlispor” ardıcıl 3-cü tur məğlub olub - 0:2. Saşa Yunisoğlu zədəli olduğu üçün məcburiyyətdən say doldurmaq üçün “18-liy”ə salınıb. O, sonacan ehtiyatda qalıb.
Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” da doğma publika önündə xal itirib. Qapıçımızın ehtiyatda qaldığı görüşdə meydan sahibləri “Qaziantep BB” ilə heç-heçə edib - 1:1.
Qeyd edək ki, bu nəticələrdən sonra “Dənizlispor” 18 xalla XV, “Fəthiyəspor” isə 14 xalla XVII pillədədir.

0
0