Yaponiya millimizlə oyuna şagirdlərlə çıxacaq
29.12.2013 - 11:37
Yaponiya millimizlə oyuna şagirdlərlə çıxacaq
Yaponiya yığmasının Sankt-Peterburqda Valentin Qranatkinin xatirə turnirinə gətirəcəyi heyət açıqlanıb. Apasport.az saytının məlumatına görə, Uzaq Şərq təmsilçisinin U-18 komandasına 18 futbolçu dəvət edilib.

Heyətdəki futbolçular Yaponiya klublarının U-18 və gənclər komandalarında çıxış edir. Bundan başqa, komandada orta məktəb şagirdləri də var. Baş məşqçi Atsushi Utiyama son anda səhhətində problem olduğu üçün “Hiroshima”nın gənclər komandasının müdafiəçisi Miyahara Kazuyanı yarımmüdafiəçi Ryoma İsida ilə əvəzləyib.

Qapıçılar: Kensin Yoshimaru (“Kobe”, U-18), Hayashi Mizuki (“Qamba”, gənclər);

Müdafiəçilər: Kento Misao (“Tokio Verdi”, gənclər), Sindzi Yamaquçi (“Kobe”, U-18), Ryosuke Sindo (“Sapporo”, U-18), Rikiya Moteqi (“Urava Red Daymonds”, gənclər), Sakai Daysuke (“Oita Trinita”, U-18);

Yarımmüdafiəçilər: Uryu Noboru (Çikuyo Qakuen orta məktəbi), Taro Suqimoto (Kani Teikyo orta məktəbi), Masaomi Nakano (“Tokio Verdi”, gənclər), Kota Miyamoto (“Şimitsu”, gənclər), Ryoma Vatanabe, Tokuma Suzuki (hər ikisi Maebashi İkuei orta məktəbi), Ryoma İsida (“Cubilo”, U-18)

Hücumçular: Masaya Okuqava (“Kioto Sanqa”, U-18), Hirono Kitaqava (“Şimitsu”, gənclər), Kisaki Matsubara (Hamamatsu Hiraki Makoto orta məktəbi), Akito Takaqi (“Qamba”, gənclər).

Qeyd edək ki, Yaponiya millimizin qrupdakı rəqiblərindəndir. Nikolay Adamın yetirmələri yanvarın 8-də qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.