Millimiz “Mercedes-Benz Aegean Cup” turnirinə yollanır
29.12.2013 - 12:18
Millimiz “Mercedes-Benz Aegean Cup” turnirinə yollanır
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Mirbağır İsayevin başçılığı altında baş tutacaq ilk hazırlıqlar 2014-cü il yanvarın 8-dən 18-ə qədər Bakıda baş tutacaq.

U-17 yanvarın 19-dan Türkiyənin İzmir şəhərində yollanacaq. Ayın 26-dək qonşu ölkədə qalacaq yığmamız “2014 Mercedes-Benz Aegean Cup” turnirində iştirak edəcək.