FİFA hakimləri bir araya gəldilər - FOTO
29.12.2013 - 12:24
FİFA hakimləri bir araya gəldilər - FOTO
AFFA-da FİFA hakimləri ilə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, 2014-cü il üçün beynəlxalq dərəcəsi təsdiqlənən ədalət təmsilçiləri assosiasiyanın inzibati binasında bir araya gəlib.

Onlarla görüşən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ədalət təmsilçilərinə xüsusi döş nişanlarının və emblemlərin təqdim edib. Məmmədov çıxışında hakimlərə həm beynəlxalq oyunlarda, həm də daxili arenada uğurlar arzulayıb.

Mənbə: affa.az