“Qəbələ” Aleksandr Əliyevlə bağlı mövqeyini açıqladı
29.12.2013 - 12:35
“Əlsən azərbaycanlı olan Aleksandr Əliyev maraq dairəmizdə deyil”. Bu sözləri apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev Kiyev “Dinamo”sundan ayrılır. Soydaşımızın karyerasını davam etdirəcəyi klublar arasında “Qəbələ”nin də adı çəkilir.
Belə ki, Saşa hazırda Qəbələnin eyni adlı təmsilçisini çalışdıran Yuri Syomin rəhbərliyi altında “Lokomotiv” və “Dinamo”da top qovub. Onun rusiyalı mütəxəssisin sevimli futbolçusu olduğunu hər kəs bilir. Bu baxımdan Əliyevin Azərbaycana gəlmək ehtimalı var.
Lakin Əzizov bu yarımmüdafiəçi ilə danışıq aparmadıqlarını söyləyib: “Qəbələ” Əliyevə nə təklif göndərib, nə də onunla danışıq aparıb. Yuri Syominin onu yanına gətirəcəyi ilə bağlı xəbər düz deyil”.
Qeyd edək ki, Aleksandr Əliyev ötən mövsümə “Dnepr”də başlasa da, dövrələrarası fasilədə müqavilə ilə məxsus olduğu “Dinamo”ya dönüb. Lakin rəhbərlik onu əvəzedici komandaya göndərməyi lazım bilib.

0
0