“Xəzər Lənkəran”dan qovulan futbolçu rumınlara da lazım olmadı
29.12.2013 - 14:51
“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Eder Bonfimin bəxti gətirmir. Apasport.az saytının məlumatına görə, braziliyalının yeni klubla anlaşdığı deyilsə də, bu, həqiqəti əks etdirmir.
Sağ cinah oyunçusu bir neçə həftədir vaxtilə çıxış etdiyi Rumıniyanın Timişoara şəhərində idi. Rumıniya mətbuatının iddiasına görə, 32 yaşlı futbolçu hətta elita klubu olan Timişoara “Poli”sinin baş məşqçisi Aurel Şundanın rəhbərliyi altında məşqlərdə də iştirak etmişdi. Ancaq futbolçu sonradan bu kluba lazım olmayıb. Belə ki, onun özəl həyatı, yaşının çoxluğu və “Poli”nin “transfer siyasəti”ndə gənclərə üstünlük verməsi onunla müqavilə bağlanmamasına səbəb olub.
Qeyd edək ki, iyulun 26-da Hayfa “Makkabi”sinə 0:8 hesablı yenigidən sonra “Xəzər Lənkəran” Bonfimi komandadan qovmuşdu.

0
0