Mirbağır İsayev: AFFA qarşıma məqsəd qoyub - MÜSAHİBƏ
29.12.2013 - 14:55
Futbol üzrə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Mirbağır İsayevin apasport.az saytına müsahibəsi
- Bu gün U-17 milli komandamızın baş məşqçi postuna təyinatınız rəsmiləşdi. AFFA-nın dəvəti sizin üçün gözlənilməz olmadı ki?
- Bildiyiniz kimi, daha öncə də aşağı yaş qrupları üzrə yığmalarda çalışmışam. Yəni, bu sahədə təcrübəm var. Mənə təkrar etimad göstərdikləri üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm.
- Müqaviləniz hansı müddətədir?
- Bir illik sözləşmə imzalamışıq. Qarşıma konkret məqsəd qoyulub: Avropa çempionatının 2014/15 mövsümünün seçmə mərhələsində birinci mərhələni keçmək. Komandamız Bosniya və Herseqovina, Belçika və İsveçrə ilə bir qrupda mübarizə aparacaq. Oyunlar gələn il 23-28 oktyabr aralığında Belçikada keçiriləcək. İlk 2 yeri tutanlar, həmçinin ən yaxşı nəticəyə malik 3-cü yer sahibi elit-raunda yüksələcək.
- Daha öncə işinizə yanvarın 8-də başlayacağınızı açıqlamışdınız. Təlim-məşq toplanışı harada keçiriləcək və hansı tarixlərdə olacaq?
- Yanvarın 8-dən 17-dək Bakıda hazırlıq keçəcəyik. Yanvarın 19-da isə Türkiyəyə yollanacağıq. İzmir şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət almışıq. Orada Türkiyə, Ukrayna və Yunanıstana qarşı oynayacağıq.
- U-16-nın oyunlarını izləmişdiniz? Yəni, heyətlə tanışsınız?
- Bu komanda 2 il əvvəl yığılanda onların baş məşqçisi Aslan Kərimov idi. Fürsətdən istifadə edib ona təşəkkür edirəm və əsas millidə uğurlar arzulayıram. Heyətdən xəbərim var. Onu da əlavə edim ki, seçmə mərhələnin oyunlarına qədər bizdə ilboyu seleksiya işi aparılacaq. Əmin olun ki, heç kim diqqətdən kənarda qalmayacaq. Köməkçilərimlə bərabər bütün uşaqları nəzərdən keçirməyə çalışacağıq.
- Yeri gəlmişkən, köməkçiləriniz kimlər olacaq?
- Vaxtılə mənimlə bərabər U-17-də Bernard Lippertin köməkçisi olan Baba Əkbərov və “Abşeron”da yardımçım olan Səttar Əliyevlə çalışacağam. Qapıçılarla isə Nadir Şükürov işləyəcək. Onun da sonuncu iş yeri U-19 olub.
- Ölkə xaricində yaşayan futbolçuları heyətə cəlb edəcəksiniz, yoxsa ancaq Azərbaycanda çıxış edənlərlə kifayətlənəcəksiniz?
- Biz daim klublarla sıx təmasda olacağıq. İlk növbədə Azərbaycandakı uşaqlara baxacağıq. Ehtiyac olarsa, ölkə xaricində çıxış edənləri də nəzərdən keçirəcəyik. Yəni, hər şey vəziyyətdən, futbolçunun nə dərəcədə istedadlı olmasından asılıdır.

0
0