“Simurq” rəhbərliyi burnu sınan futbolçuya “atır”
29.12.2013 - 16:41
“Saytınızda atamın və mənim açıqlamam getdikdən sonra “Simurq”dan bizimlə bu dəfə maraqlanan olacağını gözləyirdik. Ancaq belə olmadı”. Bunu apasport.az saytına açıqlamasında “Simurq”un 17 yaşadək futbol komandasında oynamış Xəlil Xəlilli deyib.
“Simurq”da oynadığı vaxt “Xəzər Lənkəran”la görüşdə burnu sınan Xəlil Xəlilli hazırda nəfəs almaqda çətinlik çəkir. Buna görə futbolçunun atası Mübariz Xəlilov “Simurq”un bu məsələyə məsuliyyət daşıyan nümayəndələrini məhkəməyə verməyə hazırlaşır.
Klubun icraçı-direktoru Vaqif Əliyev bu məsələdən xəbərdar olduğunu və sübuta yetirilsə ki, bu hadisə “Simurq”da oynadığı vaxt futbolçunun başına gəlib, o zaman ona əməliyyat zamanı maddi köməklik göstəriləcəyini bildirmişdi. Ancaq bu gün əlaqə saxladığımız gənc oyunçu hələ də onlara lazımi köməklik edilmədiyini söylədi: “Çox təəssüf ki, mətbuatda haqqımızda bəhs edilsə də, hələ “Simurq” rəhbərliyindən heç kim nə mənə, nə də atama zəng vurmayıb. O ki qaldı, Vaqif müəllimin haqqımda mənim onların futbolçusu olmamağını deməsinə, adım U-17 Liqasının sifariş ərizəsində gedir. Bunu AFFA-dan da dəqiqləşdirmək olar”.

0
0