“Berdıyev heç kimə kompromisə getmirdi”
29.12.2013 - 17:04
“Kluba kimin gəlməyindən asılı olmayaraq, onun üçün çətin olurdu. Baş məşqçi əsas sima idi və demək olar ki, bütün məsələləri özü həll edirdi. Berdıyev heç kimə kompromisə getmirdi. Onun xarakteri belədir, dəyişmək mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Rubin” klubunun sabiq prezidenti Dmitri Sorokin deyib.
Sabiq klub rəsmisi həmyerlimiz Ruslan Abışovun da şərəfini qoruduğu Kazan təmsilçisində reallaşan baş məşqçi istefasını dəyərləndirib.
O, Berdıyevin də səhvlərə yol verdiyinə diqqət çəkib: “Hesab edirəm ki, əsas səbəb məsələnin idman tərəfi – turnir cədvəlindəki vəziyyətdir. Digər məqam isə transferlərdir. Son vaxtlar uğurlu transferlər olmuşdu. Məsələn, Rondon, M`Vila, Yeremonko. Ancaq Davıdov, Töre, Markano kimi etimadı doğrultmayanları da söyləməliyik”.
Qeyd edək ki, dekabrın 20-də Rüstəm Minixanovun iştirakı ilə baş tutan toplantıda komandanın cari mövsümdəki uğursuz çıxışı müzakirə olunub. Yekunda baş məşqçi Kurban Berdıyevlə yanaşı, klubun baş direktoru Andrey Qromov və vitse-prezident Kamil İsxakovun tutduqları vəzifədən azad edilməsi ilə bağlı qərar qəbul edilib.

0
0