“İnter”də yeni futbolçular
29.12.2013 - 17:21
“İnter” Türkiyə təlim-məşq toplanışına 5 yeni futbolçu ilə gedəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” qardaş ölkəyə Mənsur Nəhavəndi, Abbas Hüseynov, Nurxan Mənsimzadə, Cəmil Hacıyev və Azər Salahlı ilə yola düşəcək.
Son 2 futbolçu əsas komanda ilə məşqlərini keçsə də, daha çox “İnter”in əvəzedici komandasında çıxış edir. Hüseynov, Hacıyev və Salahlı müdafiəçi, Nəhavəndi yarımmüdafiəçi, Mənsimzadə isə hücumçudur.
Qeyd edək ki, “İnter”in Türkiyə toplanışı yanvarın 5-dən 25-dək davam edəcək.

0
0