Subaşiç qol vurdu, komandası qələbə qazandı
29.12.2013 - 17:34
Subaşiç qol vurdu, komandası qələbə qazandı
Millimizin üzvü Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının I divizionunda mübarizə aparan komanda XVIII tur çərçivəsində qonaq etdiyi “Şanlıurfaspor”u üstələyib.

Subaşiçin start heyətdə meydana çıxdığı və sonadək oynadığı qarşılaşma “Orduspor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı Anil Taşdemir açıb. 37-ci dəqiqədə isə yığmamızın serb əsilli hücumçusu adını tabloya yazdırıb.

Qeyd edək ki, “Orduspor” bu qələbə sayəsində xalını 36-a çatdıraraq, qış fasiləsinə 3-cü pillədə yollanıb.