Kamran Ağayevin adı qalıb
29.12.2013 - 18:00
Kamran Ağayevin adı qalıb
Topaz Premyer Liqasının ilk yarısında ən çox quru oyun keçirən qapıçının adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Simurq”un polşalı qapıçısı Pavel Kapsa meydana çıxdığı 18 görüşdən onunda qapısını toxunulmaz saxlayıb.

Buraxdığı 14 topa 8 matçda üzülən 31 yaşlı qolkiper ən yaxın izləyicilərini xeyli arxada qoyub.

Belə ki, 2-ci göstəriciyə malik əlcək sahiblərini hərəsinin 7 belə oyunu var. Bunlar “Qarabağ”dakı 11 matçdan yalnız 4-də qol buraxan Fərhad Vəliyevlə “Neftçi”nin 16 matçının iştirakçısı olan Saşa Stamenkoviçdir. “Qəbələ”nin braziliyalı qapıçısı Dieqo Kosta isə keçirdiyi 9 qarşılaşmada hesabına 5 “quru oyun” yazıb.

Azərbaycan millisinin qapıçıları Kamran Ağayevlə (“Bakı”) Səlahət Ağayev (“İnter”) hərəyə 4 belə matç keçirərək, liderlər qrupunun arxasında qərarlaşıb. Onlar müvafiq olaraq, 10 və 9 qarşılaşmada buna nail olub.

Yığmamızın daha bir üzvü “Sumqayıt”da 17 oyuna çıxan Anar Nəzirov isə cəmi 2 dəfə meydanı qol buraxmadan tərk edib.