“Arsenal” Özili itirdi
29.12.2013 - 18:32
“Arsenal” Özili itirdi
İngiltərənin “Arsenal” klubu aparıcı futbolçusu Məsut Özilin xidmətindən məhrum olub. Apasort.az saytı xəbər verir ki, bununla bağlı bu gün keçirilən “Nyukasl” – “Arsenal” görüşü ərəfəsində “topçular”ın baş məşqçisi Arsen Venger məlumat verib.

Çiynində ağrılar hiss edən türk əsilli almaniyalı futbolçu İngiltərə Premyer Liqasının növbəti turunda “Kardiff”ə qarşı keçiriləcək matçda iştirak etməyəcək. Onun “Tottenhem”lə dueldə də forma geyinməsi sual altındadır.