“Simurq” İlkin Qırtımovla müqaviləni yenilədi
29.12.2013 - 20:03
“Simurq” İlkin Qırtımovla müqaviləni yenilədi
"Simurq" müdafiəçisi İlkin Qırtımovla müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, Zaqatala futbol məktəbinin yetirməsi daha iki il komandasının uğurları üçün çalışacaq.

Vitse-kapitan yeni sözləşmə ilə bağlı bu fikirləri söyləyib: "Yenidən doğma komandamda qaldığım üçün çox sevinirəm. Bir neçə təkliflərim var idi. Ancaq mənə futbolun sirrlərini öyrədən komandanı seçdim. Klub prezidenti və məşqçilərim də çox sağ olsunlar ki, məni komandada saxlamağa çalışdılar və yeni müqavilə təklif etdilər. Allahın köməkliyi ilə "Simurq"la daha böyük uğurlar qazanmaq istəyirəm".