Dieqo Simeone London klubunun hədəfində
29.12.2013 - 21:57
Dieqo Simeone London klubunun hədəfində
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” klubu argentinalı çalışdırıcı ilə ciddi şəkildə maraqlanır.

Mətbu orqan onu da qeyd edib ki, London klubu baş məşqçisi Tim Şervudla yeni müqavilə imzaladığına görə bu keçidin yaxın vaxtlarda reallaşması çətin məsələdir. Digər tərəfdən, Simeone də mövsüm davam edərkən iş yerini tərk etməyəcəyini bildirib.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2011-ci ildən Madrid klubunu çalışdırır.