Futbolçumuz izlədi, komandası 3 qolla sevindi
29.12.2013 - 23:25
Futbolçumuz izlədi, komandası 3 qolla sevindi
Bu gün Azərbaycan millisinin hücumçusu Cihan Özkara Türkiyə Superliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun şərəfini qoruduğu “Sivasspor” Superliqanın XVII turunda evdə “Karabükspor”u sınağa çəkib.

Görüş ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Roberto Karlos futbolçumuzun adını matçın iştirak ərizəsinə daxil etsə də, ona meydanda şans verməyib.

Qeyd edək ki, “Sivasspor” bu matçdan sonra 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.