“Mançester Yunayted” Nani üçün “Yuventus”dan 22 milyon tələb edir
30.12.2013 - 00:22
“Mançester Yunayted” Nani üçün “Yuventus”dan 22 milyon tələb edir
“Mançester Yunayted”in futbolçusu Luiş Nani karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” portuqaliyalı yarımmüdafiəçiyə elçi düşüb.

Belə ki, Turin klubu artıq bu barədə rəsmi təklif də göndərib. “Qırmızı şeytanlar” isə 27 yaşlı futbolçunu göndərməyə hazırdır və bu keçidin reallaşması üçün İtaliya təmsilçisindən 22 milyon avro tələb edir. Əgər tərəflər razılığa gələrsə, bu keçid qış transfer pəncərəsində həll oluna bilər.

Qeyd edək ki, Nani 2007-ci ildə Portuqaliyanın “Sportinq” klubundan “Mançester Yunayted”ə keçib.