“Trabzonspor”un baş məşqçisi istefa verdi, amma...
30.12.2013 - 01:35
“Trabzonspor”un baş məşqçisi istefa verdi, amma...
“Trabzonspor”un baş məşqçisi Mustafa Akçay ötən gün “Antalyaspor” üzərindəki 2:1 hesablı qalibiyyətdən sonra istefa verib. Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis bu barədə “Lig tv”yə açıqlamasında deyib.

Amma klub prezidenti İbrahim Hacıosmanoğlu Akçayın bu qərarına mane olub. Bu açıqlamadan sonra təcrübəli çalışdırıcı ilə klub bazasında bir araya gələn Hacıosmanoğlu onun vəzifəsinə davam etməsini istəyib və məşqçi də bununla razılaşıb.

Qeyd edək ki, Akçay bu yay “Trabzonspor”un baş məşqçi postuna gətirilib.