Jiru: Venger mənə istirahət vermək istəyirsə...
30.12.2013 - 02:17
Jiru: Venger mənə istirahət vermək istəyirsə...
“Arsenal”ın futbolçusu Olivye Jiru komandasının hazırkı vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan fransalı qış transfer pəncərəsində klubunun hücumçu almağına ehtiyac olmadığını deyib.

27 yaşlı forvard hücum xəttində kifayət qədər oyunçularının olduğunu bildirib: “İrəlidə oynayacaq futbolçularımız var. Lukas yaxşı qayıdış etdi. Teo isə hücumçu kimi oynayır. Əgər Venger mənə istirahət vermək istəyirsə, bunu yeni hücumçu transfer etmədən də deyə bilər. Buraya yeni hücumçunun gətirilməməsinin tərəfdarıyam”.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Jiru 2012-ci ildə ölkəsinin “Monpelye” klubundan İngiltərə təmsilçisinə keçib.