Semih Şəntürk yeni klubu ilə müqavilə imzaladı - FOTO
30.12.2013 - 02:48
Semih Şəntürk yeni klubu ilə müqavilə imzaladı - FOTO
Bir dönəm Türkiyə millisinin və “Fənərbaxça”nın əsas futbolçularından olan Semih Şəntürk özünə yeni klub tapıb. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, cari mövsüm “sarı-lacivərdlilər”in əsas heyətində yer ala bilməyən və əvəzedici komandaya göndərilən 30 yaşlı hücumçu “Antalyaspor”la anlaşıb.

Belə ki, Semihin klubu ilə mövsüm sonuna qədər davam edən müqaviləsi qarşılıqlı olaraq ləğv edilib. Azad agent olan təcrübəli forvard Antalya təmsilçisi ilə 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Fənərbaxça” futbol məktəbinin yetirməsi olan Semih 2001-ci ildə əsas komandaya cəlb olunmuşdu.