Lempard sıradan çıxdı
30.12.2013 - 03:58
Lempard sıradan çıxdı
“Çelsi”nin ulduz futbolçusu Frank Lempard növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ötən gün keçirilən “Liverpul” qarşılaşmasında zədələnib.

Belə ki, birinci hissədə əzələsindən zədə alan təcrübəli futbolçu ikinci yarıda meydana çıxa bilməyib. Komanda həkimlərinin ilkin yoxlamalarına görə o, növbəti bir neçə matçı buraxmalı olacaq.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Lempard 2001-ci ildən London klubunda çıxış edir.